|
|
|
|
"Hər bir təhsil səviyyəsinə uyğun bilik baqajı tələbi mövcuddur. Həmin təhsil səviyyəsinə qalxmaq bu bilik baqajına malik olmaq deməkdir".
Bu fikiirləri 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.
Rektorun sözlərinə görə, bilik baqajının hansı yolla doldurulması artıq əsas amil deyil və təhsil artıq xeyli vaxtdır ki, universitetə gedib - gəlmək kimi başa düşülmür:
"Azərbaycan bu istiqamətdə ciddi potensiala malikdir və həmin potensialın reallaşdırılması üçün mövcud olan süni maneələrin aradan qaldırılmasının vaxtı çatdığını düşünürəm".
Sevinc Qarayeva