|
|
|
|
"Çox sürətli texnoloji dəyişikliklər dövründə elmin, biliyin əhəmiyyəti günü-gündən artır. Amma bununla yanaşı, elmi fəaliyyət həm də qəlizləşləşir, mürəkkəbləşir və buna görə də təsadüfi deyil ki, cəlbediciliyini də itirir".
Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.
Rektor qeyd edib ki, ilk və təxirəsalınmaz addımlardan biri kimi elmin cəlbediciliyinin artırılmasına yönəlmiş və düşünülmüş tədbirlər görünür. Bu baxımdan mikro səviyyədə, yəni universitetlərdə elmi fəaliyyətin təşviq edilməsi addımlarını makro səviyyədə, yəni bütövlükdə elmin stimullaşdırılması sistemindən fərqləndirməkdə fayda olduğunu düşünürük. Universitet elmi üçün faydalı olan tədbirər bütövlükdə ölkədə elmin inkişafı üçün faydalı olmaya bilər.
Sevinc Qarayeva