|
|
|
|
UEFA Avropa Liqasınının IV turu çərçivəsində keçiriləcək. “Bodo Qlimt” - “Qarabağ” oyununun hakimləri müəyyənləşib.
525.az xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.
Matçı FIFA referisi Luis Qodinho idarə edəcək. Ona Rui Teixeira və Pedro Almeida kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Andre Narciso yerinə yetirəcək. VAR-da Hugo Miguel, AVAR-da isə Fabio Oliveira Melo olacaq.
Qeyd edək ki, noyabrın 7-də keçiriləcək “Bodo Qlimt” - “Qarabağ” oyunu noyabrın saat 21:45-də start götürəcək.