|
|
|
|
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) İqlim Dəyişiklikləri və Enerji Hüququ üzrə Beynəlxalq Konfransı keçirilib.
BANM-dən 525.az-a bildirilib ki, tədbiri açan rektor Elmar Qasımov COP29 ərəfəsində keçirilən tədbirin önəmini qeyd edib, ekoloji problemlərin qlobal səviyyədə artan təsirini vurğulayıb. Rektor tələbələri təbiətin qorunması və davamlı inkişaf üçün daha məsuliyyətli olmağa çağırıb.
Daha sonra “EY Azerbaijan”, “PwC Azerbaijan”, eləcə də “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin nümayəndələri təqdimat ediblər.
Sonda iştirakçılara sertifikatlar verilib.
Tədbirdə COP29-un iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai və COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova iştirak ediblər.
Beynəlxalq konfrans ELSA Azərbaycanın təşkilatçılığı ilə keçirilib.
Sevinc Qarayeva