|
|
|
|
2024-cü ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 3 milyard 604 milyon 307 min manat vəsait sərf edilib.
525.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.9% və ya 266.3 milyon manat azdır. Belə ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 3 milyard 870 milyon 597 min manat vəsait yönəldilib.
Qeyd edək ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər ( 797 mln. 437 min manat), Ağdam (527 mln. 112 min manat) və Laçın ( 567 mln. 497 min manat) rayonlarına ayrılıb.
Xatırladaq ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda əsas kapitala 12 milyard 711 milyon manat vəsait yönəldilib ki, bununda 9 milyard 193 milyon manatı tikinti quraşdırma işlərinə sərf edilib. Beləliklə hesabat dövründə işğaldan azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə yenidənqurma işlərinə sərf olunan vəsaitin 39.2%-ni təşkil edib
Aşağıdakı cədvəldə cari ilin 9 ayı və ötən ilin müvafiq dövründə azad edilmiş ərazilərdə rayonlar üzrə tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin həcmi verilib:
Azad edilmiş ərazilər | 2023-cü il yanvar-sentyabr. Min manat | 2024-cü il yanvar-sentyabr. Min manat |
Kəlbəcər rayonu | 650370 | 797437,1 |
Laçın rayonu | 983043,9 | 569497,8 |
Ağdam rayonu | 341420,6 | 527112,2 |
Şuşa rayonu | 332300,7 | 386148,9 |
Zəngilan rayonu | 367889,8 | 329544,4 |
Füzuli rayonu | 585624,1 | 319788,9 |
Cəbrayıl rayonu | 334275,1 | 273959,9 |
Qubadlı rayonu | 188330,8 | 270482,4 |
Xocavənd rayonu | 87304,2 | 56439,9 |
Xocalı rayonu | 38,1 | 34500 |
Xankəndi şəhəri | 29053,7 | |
Ağdərə rayonu | 10341,9 |