|
|
|
|
“Müxtəlif din xadimlərinin bir araya gətirilməsi onu göstərir ki, Azərbaycan, həqiqətən, tolerant ölkədir”.
525.az APA-ya istinadən xəbər verir ki, bunu Dini Liderlərin Qlobal Sammitinin “Dünya Dinləri Yaşıl Planet uğrunda" mövzusunda keçirilən plenar iclasında ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayer deyib.
O bidlirib ki, iqlim dəyişikliyi ilə bağlı kollektiv şəkildə səy göstərsək, problemlərin qarşısını almaq mümkün olar: “Harada yaşamağımızdan asılı olmayaraq, bunun üçün çalışmalıyıq. Din liderlərinin də bu məsələdə payı böyükdür”.
M.Şnayer, eyni zamanda, bu gün ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsinin də iqlim dəyişikliyi mövzusuna təsir edəcəyini deyib: “Bu gün ABŞ-da prezident seçkiləri keçirilir. ABŞ-ın keçmiş prezidenti Trampın hakimiyyəti dövründə enerjinin səmərəli istifadəsi ilə bağlı məsələlər gözardı edilmişdi. O, “Paris” sözləşməsindən geri çəkilmək istəyirdi. ABŞ-ın birinci vitse-prezidenti Kamala Harris isə iqlim dəyişikliyini cari problem hesab edirdi və bu problemi böhran adlandırırdı. Harris seçilsə, ABŞ iqlimlə bağlı böyük irəriləyiş əldə edə bilər”.
ABŞ nümayəndəsi çıxışının sonunda qeyd edib ki, Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammiti səsimizi dünyaya çatdırmağa imkan verəcək.