525.Az

"Kəpəz"in məşqçisinə 5 oyunluq cəza


 

"Kəpəz"in məşqçisinə 5 oyunluq cəza<b style="color:red"></b>


"Kəpəz-2"nin baş məşqçisi Xaliq Mərdanov AFFA tərəfindən sərt cəzalandırılıb.

QOL.az xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.

Mütəxəssis Əvəzedicilər liqasının 12-ci turunda “Səbail-2” ilə oyunun 90+3-cü dəqiqəsində hakimi təhqir edib. O, bu hərəkətinə görə birbaşa qırmızı vərəqə alıb.

İntizam Komitəsi isə məşqçini 5 oyunluq cəzalandırıb.

Həmçinin “Kəpəz-2” 400 manat cərimə edilib.

 





05.11.2024    çap et  çap et