525.Az

Putin Ukrayna məsələsində Trampı dinləməyəcək - Ritter


 

Putin Ukrayna məsələsində Trampı dinləməyəcək - <b style="color:red"> Ritter</b>

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkidə qalib gəlsə, Rusiya prezidenti Vladimir Putinə Ukraynadakı vəziyyətlə bağlı zəng edə bilməyəcək, çünki ona qulaq asmayacaqlar. 

525.az xəbər verir ki, bu barədə keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter bildirib.

Ritter vurğulayıb ki, Putin döyüş meydanında o qədər irəliləyiş əldə etmiş xalqın lideridir və kimsə zəng edib onu təslim olmağa və hər şeyi atıb geri çəkilməyə məcbur edə bilməz.

O, Trampın Ukraynadakı münaqişəni tez bir zamanda bitirmək bacarığı ilə bağlı iddialarını absurd, gülünc və qəribə adlandırıb. Ritter ABŞ və Rusiya arasında münasibətlərin normallaşması imkanlarını da dəyərləndirib. Onun fikrincə, bu, çox çətin olacaq, çünki Amerika tərəfində əsaslı dəyişikliklər tələb edir. Ekspertə görə, ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri Rusiya Federasiyası ilə dialoqun yenidən başlamağa hazır olmasına heç bir təsir göstərməyəcək.

Pərvanə Sultanova

 





05.11.2024    çap et  çap et