Valensiyada daşqınlardan sonra yaranan xaosdan istifadə edərək oğurluq, soyğunçuluq və talanla məşğul olan 140 nəfər saxlanılıb.
525.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 87 nəfər polis, 53 nəfər isə qvardiya tərəfindən cinayət başında ələ keçib.
Qeyd edək ki, hazırda Valensiyada 14,5 min polis və qvardiyaçı xidmət göstərir. Onlar ttəbii fəlakətin fəsadlarının aradan qaldırılması, itkin düşənlərin axtarılması, asayişə nəzarət və digər işlərlə məşğuldur.
L.Tağıyeva
çap et