525.Az

Hollivud ulduzu ABŞ-ni birdəfəlik tərk edir


 

Hollivud ulduzu ABŞ-ni birdəfəlik tərk edir<b style="color:red"></b>

Məşhur aktyor Riçard Gir ailəsi ilə birlikdə İspaniyaya köçməyi planlaşdırır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, köçə hazırlıq məqsədilə aktyor Konnektikutdakı rançosunu 10,75 milyon dollara satıb.

Riçard Gir və həyat yoldaşı Alexandro Silva artıq İspaniyada malikanə də alıblar. 75 yaşlı aktyor bunu həyat yoldaşını sevindirmək üçün etdiyini bildirib.

Qeyd edək ki, 2018-ci ildə nikaha girən cütlüyün bu izdivacdan Aleksandr və Ceyms adlı 2 oğlu var.

L.Tağıyeva

 





05.11.2024    çap et  çap et