İsveç höküməti Ukraynaya 2 sahil mühafizə gəmisi və mülki müdafiə üçün nəzərdə tutulan 40 min əleyhqaz göndərəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveçin mülki müdafiə naziri Karl-Oskar Bolin sosial şəbəkə hesabında paylaşım edib.
Göndəriləcək sovqatın dəyəri 9,3 milyon dollar həcmindədir.
Bundan başqa isveçli nazir ukraynalı həmkarı İqor Klimenko ilə mülki müdafiə sahəsində əməkdaşlıq müqaviləsi bağladıqlarını qeyd edib.
Yeri gəlmişkən, ötən ay İsveç höküməti Ukraynaya 10,36 milyon dollar yardım paketi ayırdığını bildirmişdi. Həmin məbləğin 2,82 milyonu minalanmış ərazilərin təmizlənməsi üçün nəzərdə tutulur.
L.Tağıyeva
çap et