İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qalantı istefaya göndərib.
525.az “Report” -a istinadən xəbər verir ki, bu barədə Netanyahunun ofisinin bəyanatında deyilir.
Qalantın yerinə İsrailin xarici işlər naziri İsrael Katz təyin edilib.
Qeyd edək ki, Yoav Qalant 29 dekabr 2022-ci ildən müdafiə naziri vəzifəsini icra edirdi.
çap et