525.Az

Tramp qələbəyə yaxındır - tələb olunan 270 səsdən 267-sini toplayıb


 

Tramp qələbəyə yaxındır -<b style="color:red"> tələb olunan 270 səsdən 267-sini toplayıb</b>

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkidə qələbə üçün lazım olan 270 səsdən artıq 267-sini toplayıb.

525.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

“Proqnozlaşdırılır ki, Tramp mübahisəli Pensilvaniya ştatında da qalib gələcək. İndi seçkidə qələbə qazanmaq üçün onun 3 səsə ehtiyacı var”, - deyə telekenal bildirib.

Qeyd edək ki, Pensilvaniya ştatında da qələbə qazansa, ikinci dəfə prezident seçilmək üçün Trampa “tərəddüd edən” ştatlardan yalnız birində - Arizona, Viskonsine, Miçiqan və ya Nevada - qalib gəlmək kifayət edəcək.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Hazırda səslərin hesablanması davam edir. Trampla yanaşı, Kamala Harris də prezidentliyə namizəddir.

İbrahim Cəfərov

 





06.11.2024    çap et  çap et