525.Az

"Ersin Tatarı Şuşadan sonra Bişkekdə görməkdən şadam" - Ərdoğan


 

"Ersin Tatarı Şuşadan sonra Bişkekdə görməkdən şadam" - <b style="color:red"> Ərdoğan</b>

"Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı Şuşadan sonra Bişkekdə görməkdən şadam".

525.az APA-ya istinadən xəbər verir ki, bunu Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti Şimali Kipr Türk Respublikasının tez zamanda TDT-yə tamhüquqlu üzv olmasını gözlədiklərini bəyan edib.

"Eyni zamanda, müşahidəçi statusda olan Türkmənistanın da TDT-nin üzvü olacağını gözləyirik”, - Türkiyə lideri vurğulayıb.

 





06.11.2024    çap et  çap et