Noyabrın axırında biz artıq bələdiyyə seçkilərini elan etməliyik.
525.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, artıq bununla bağlı MSK üzvlərinə artıq təlimatlar verilib:
“Bələdiyyələr birləşir. 685 bələdiyyə olacaq. Hesab edirəm ki, biz bələdiyyələr üzrə neçə bələdiyyə üzvü seçilməsi məsələsini qaydaya salmalıyıq”.