|
|
|
|
“Avropa Komissiyasının sədri Ursula fon der Leyenin COP29-da iştirak etməməsi iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışlardan yayınmasıdır”.
Bunu 525.az-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, bu gün iqlim dəyişiklikləri əsasən antropogen və kosmos təsirləri ilə baş verir: “Antropogen təsirlər sənaye müəssisələrindən atılan tullantılar və müharibələr nəticəsində iqlim dəyişikliklərini sürətləndirib. Bu baxımdan bu təsirlərin ən böyük səbəbkarıinkişaf etmiş ölkələr, o cümlədən Avropa İttifaqı”.
Deputat söyləyib ki, Azərbaycan COP29-da İqlim Maliyyəsi üzrə Fəaliyyət Fonduna 1 milyard dollar yığması üçün təşəbbüs göstərir və bu təşəbbüs gələcəkdə 2 trilyon dollara çatdırılmalıdır: “İnkişaf etmiş ölkələr iqlimi çox çirkləndirdiyindən iqlim maliyyəsinə də daha çox maliyyə ayırmalıdırlar. Amma Avropa Komissiyası müharibələri dəstəkləyir, müharibələrin dayandırılmasına yox, daha da alovlanmasına çalışır. Bu da bəşəriyyəti qlobal fəlakətlə üzləşdirir. Avropa Komissiyasının sədrinin COP29-da iştirakdan imtina etməsi həm də bu birliyin rəhbərliyində təmsil olunanların bəşəri fəlakətlərə biganə yanaşdığını göstərir. Avropa Parlamentinin Avropa Komissiyasını COP29 -dan yayındırmaq üçün ölkəmizə qarşı qərəzli qətnamələr qəbul etdiyini bilirdik. İndi bu məsələyə aydınlıq gəldi və Qərbin əsil iç üzü ortaya çıxmaqdadır”.
A.Badamov onu da vurğulayıb ki, Azərbaycan Avropa Komissiyası, Fransa iştirak etməsə də, COP29-u yüksək səviyyədə keçirəcəkdir. Bu gün iqlimin dəyişməsinə ən çox zərbə vuranların COP29-da iştirak etməməsi onların apardıqları ikiüzlü, riyakar siyasətlərini ifşa edir. Sədəcə bu addımların izahı yoxdur.
Pərvanə Sultanova