525.Az

17 rayonun qaz təchizatında məhdudiyyətlər olacaq


 

17 rayonun qaz təchizatında məhdudiyyətlər olacaq<b style="color:red"></b> Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 12:00-dək Cəlilabadın, saat 14:00-dək Abşeronun, saat 15:00-dək Sabirabad, Hacıqabul, Nərimanov, Xətai və Kürdəmir rayonlarının, saat 14:00-dan 18:00-dək Masallının, saat 17:00-dək Qazaxın rayonunun bir hissəsinə, saat 18:00-dək Şabran rayonuna, Xaçmaz, Tovuz, Qobustan və İsmayıllı rayonlarının bir hissəsinə, işlər başa çatanadək isə Qaradağ, Xəzər və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
 





12.11.2014    çap et  çap et