525.Az

Astronomlar Yupiterin dəqiq şəkillərini əldə ediblər


 

Astronomlar Yupiterin dəqiq şəkillərini əldə ediblər<b style="color:red"></b>

"Yunona" kosmik aparatı Yerə indiyə kimi Yupiterin ən dəqiq fotolarını göndərib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, fotolar aparatın Günəş sisteminin ən böyük planeti Yupiterə 66-cı yaxınlaşması zamanı çəkilib.

Bundan başqa "Yunona" Yupiterin 112 təbii peykindən böyüklüyünə görə 5-ci olan "Amalteya"nın da yeni şəkillərini çəkib.

Qeyd edək ki, "Yunona" 2011-ci ildə NASA tərəfindən buraxılıb və 5 il sonra 2,7 milyard km qət edərək, Yupiterə çatıb. 2016-cı ildən bu yana planet və onun peykləri haqqında qiymətli məlumatlar toplayır.

L.Tağıyeva

 





07.11.2024    çap et  çap et