525.Az

Filippindəki otel Ginnesin Rekordlar Kitabına düşdü 


 

Filippindəki otel Ginnesin Rekordlar Kitabına düşdü <b style="color:red"></b>

Filippində yeni istifadəyə verilən xoruz formasında otel ən böyük quşabənzər tikili kimi Ginnesin rekordlar kitabına düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Filippinin ən mənzərəli yerlərindən biri olan Şərqi Neqrosdakı bu mehmanxanada bütün rahatlığa malik 15 otaq var.

Qonaq evinin sahibi Rikardo Kano Qvapo Tan "Xoruz otel" sayəsində bölgəyə turist axınının artacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, xoruz Filippin əhalisinin rəğbət bəslədiyi heyvanlardan biridir.

L.Tağıyeva

 





07.11.2024    çap et  çap et