525.Az

İspaniyada banan qutularında 13 ton kokain aşkarlandı


 

İspaniyada banan qutularında 13 ton kokain aşkarlandı<b style="color:red"></b>

İspaniyanın Alxares limanında polis banan qutularında 13,062 ton kokain aşkarlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, narkotik maddə ölkəyə Ekvadordan gətiribmiş.

Polis aşkarlanmış kokainlə bağlı 5 yerdə axtarış aparıb, 1 nəfər şübhəli həbs olunub.

Ölkəyə banan ixrac edən şirkətin 2 meneceri isə axtarışa verilib.

Yeri gəlmişkən, ələ keçirilmiş kokain həcminə görə ölkədə müsadirə olunan ən böyük, Avropada isə ikinci narkotik maddə partiyasıdır.

L.Tağıyeva

 





07.11.2024    çap et  çap et