525.Az

Şir 7 yaşlı qızı öldürdü


 

Şir 7 yaşlı qızı öldürdü<b style="color:red"></b>

Hadisə bazar ertəsi  Hindistanın Qucarat ştatında baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, anası ilə fermadan evə qayıdan qız meşə zolağının yaxınlığında şirin hücumuna məruz qalıb.
Vəhşi pişik qızı cəngəlliyə sürüyüb.

Onun axtarışlarına başlayanlar az sonra qızın parçalanmış cəsədini tapıblar.

Qeyd edək ki, bu hadisədən sonra Meşə Təsərrüfatı Departamentinin əməkdaşları aqressiv heyvanı aşkarlanaraq, "həbs ediblər". 

L.Tağıyeva

 





07.11.2024    çap et  çap et