525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 13 dərəcəyə qədər isti, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman-çiskin olacağı, Lənkəran-Astara zonasında isə  yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
 





12.11.2014    çap et  çap et