525.Az

İsrail qırıcıların alınması ilə bağlı 5,2 milyard dollarlıq saziş imzalayıb


 

İsrail qırıcıların alınması ilə bağlı 5,2 milyard dollarlıq saziş imzalayıb<b style="color:red"></b>

İsrail Müdafiə Nazirliyi “Boeing Co” şirkətindən 25 ədəd yeni nəsil “F-15” qırıcılarının alınması ilə bağlı 5,2 milyard ABŞ dollar dəyərində saziş imzalandığını açıqlayıb.

525.az "Report" "-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin baş direktoru Eyalya Zamir bəyanat yayıb.

"Yeni “F-15IA” təyyarələrinin tədarükü 2031-ci ildə başlayacaq və ildə 4-6 təyyarə təhvil veriləcək", - məlumatda bildirilib.

Bildirilib ki, təyyarələr silah sistemləri ilə təchiz ediləcək, yükdaşıma qabiliyyətinə və s. üstünlüklərə malik olacaq.

 





07.11.2024    çap et  çap et