“Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekampfın yeni iş yeri bəlli olub.
QOL.az xəbər verir ki, rumıniyalı mütəxəssis Tunisdə çalışacaq O, “Esperansa Tunis”lə anlaşıb. Klubun rəsmi saytı onunla 2026-cı ilin iyununa qədər müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Regekampf 2022-2023-cü ildə “Neftçi”də işləyib. O, daha sonra ölkəsində “Universitatya Krayova” və Səudiyyə Ərəbistanında “Əl-Tai” klublarını çalışdırıb.