525.Az

Azərbaycan millisinin Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi


 

Azərbaycan millisinin Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi<b style="color:red"></b>

Qadın futbolçulardan ibarət milli komandalar arasında UEFA Millətlər Liqasının 2025-ci il mövsümünün püşkü atılıb.

QOL.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə C liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri də müəyyənləşib.

Püşk zamanı birinci səbətdə yer alan millimiz 4-cü qrupda Monteneqro və Litvaya rəqib olub.

Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümə 2025-ci ilin fevralında start veriləcək.

 





07.11.2024    çap et  çap et