|
|
|
|
Bu ada Polşanın Qdansk şəhərinin "sakini" "Bakardi" ləqəbli pişik layiq görülüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən gözəl pişiyi bu ayın əvvəlində Norveçin paytaxtı Osloda keçirilən beynəlxalq sərgidə seçilib.
Beynəlxalq Pişiklər Federasiyasının təşkilatçılığı ilə keçirilən müsabiqədə 1500 pişik iştirak edib və final mərhələsinə 34 pişik yüksəlib. Qalibin adı bəllidir. Maraqlıdır ki, 2-ci və 3-cü yerə portuqaliyalı Xose Diasın sahib olduğu "fars cinsi"ndən "Svit Drims" və "Lusiana" adlı pişikləri çıxıb.
Yeri gəlmişkən, "Bakardi" "mavi rus" cinsindəndir. Bu cins həmçinin, "mavi Arxangelsk" və "Malta cinsi" də adlandırılır.
Qeyd edək ki, qalib pişik Qdanskda yaşayan Coanna Kovalçuk və onun qızı Polanın sahibi olduğu "Et Cetera Blue PL" heyvan sığınacağında bəslənir.
L.Tağyıeva