|
|
|
|
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan hava nəqliyyatı ilə 41 ölkəyə 2 milyon 829 min 977 nəfər səfər edib.
525.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (20,5 %) və 661 min 472 sərnişin (30,5 %) çoxdur.
On ayda Azərbaycandan ən çox sərnişin 778 min 464 nəfər olmaqla Rusiyaya səfər edib. Bu da 1 il əvvələ nisbətən 26,9 % çoxdur. Türkiyəyə 740 min 651 nəfər (+ 16,1 %), Birləşmiş Ərəb Əmirliklərinə isə 336 min 041 nəfər (+38,1 %) Azərbaycandan sərnişin səfər edib.
Siyahıda daha sonra 167 872 sərnişinlə (+ 37,1 %) Gürcüstan, 97 790 sərnişinlə (+ 8,4 %) Səudiyyə Ərəbistan, 88 345sərnişinlə (+ 4,2 dəfə) Hindistan, 79 878 sərnişinlə (+25,9 %) Qazaxıstan, 53 132 sərnişinlə (+ 92,7 %) İtaliya, 51 879 sərnişinlə (+ 94 %) Qətər və 42 240 sərnişinlə (- 20%) Özbəkistan qərarlaşıb.
İlk onluğa Hindistan, Qətər və İtaliyanın daxil olması ilə İsrail (41 071 sərnişin, +4,9 %), Küveyt (41 028 sərnişin, + 19,6 %) və Almaniya (34 263 sərnişin, + 15,6 %) TOP10-dan çıxıb.
Təkcə oktyabrda isə Azərbaycandan hava nəqliyyatı ilə 281 min 80 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 22,6 % çoxdur.
O cümlədən, ay ərzində Rusiyaya səfər edənlərin sayı 1 il əvvələ nisbətən 23,4 % artaraq 83 min 888 nəfər olub.