Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş 8 Noyabr – Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.
525.az xəbər verir ki, təbrikdə deyilir:
“Qarabağın azadlığının dördüncü ildönümündə Azərbaycanın Zəfər Gününü ən səmimi duyğularımla qutlayır, Qarabağın azadlığı üçün 44 gün davam edən dastanlara layiq mübarizənin qəhrəman qazilərini hörmətlə, əziz şəhidlərini sayğı və rəhmətlə anıram.
Qarabağ zəfərimiz qutlu, qardaşlığımız daim olsun”.