525.Az

Dünya bazarlarında neft ucuzlaşıb


 

Dünya bazarlarında neft ucuzlaşıb<b style="color:red"></b>

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 2.33% azalaraq 1 barelə görə 73.87 ABŞ dolları təşkil edib.

525.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 2.74% azalaraq 1 barelə görə 70.38 ABŞ dolları olub.

 





09.11.2024    çap et  çap et