525.Az

İsrail ordusu Livandan beş raket atıldığını qeydə alıb


 

İsrail ordusu Livandan beş raket atıldığını qeydə alıb<b style="color:red"></b>

İsrail ordusu ölkənin şimalına növbəti raket atışlarının qeydə alıb.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Livandan 5 raket atılıb və bu səbəbdən Yuxarı Qalileyin bir neçə bölgəsində hava hücumu xəbərdarlığı ilə bağlı sirenalar səsləndirilib.

“Raketlərin bəziləri məhv edilib, qalanları isə yaşayış olmayan ərazilərə düşüb”, - ordunun açıqlamasında bildirilib.

 





09.11.2024    çap et  çap et