525.Az

Azərbaycanlı turistləri daşıyan avtobus Misirdə qəzaya uğrayıb - yaralananlar var


 

Azərbaycanlı turistləri daşıyan avtobus Misirdə qəzaya uğrayıb -<b style="color:red"> yaralananlar var</b>

Misirin şərqində, Ras-Sidr şəhəri yaxınlığında baş vermiş avtobus qəzasında üç azərbaycanlı turist də daxil olmaqla azı 41 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

525.az xəbər verir ki, bu barədə “Cairo24” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Rusiya, Qazaxıstan və Ukraynadan olan turistlər də xəsarət alıblar. Yaralılar artıq xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır (“Report").

 





10.11.2024    çap et  çap et