525.Az

Ərdoğan Ər-Riyada gedib - oradan Azərbaycana gələcək


 

Ərdoğan Ər-Riyada gedib - <b style="color:red"> oradan Azərbaycana gələcək</b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) qeyri-rəsmi zirvə görüşündə iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada yola düşüb.

525.az xəbər verir ki, iclas Yaxın Şərqdəki gərginliyin azaldılması üçün nəzərdə tutulub.

Ərdoğanın toplantı çərçivəsində bir çox liderlə görüşü gözlənilir.

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı səfərindən sonra COP-da iştirak etmək üçün birbaşa Azərbaycana gələcək.

 





11.11.2024    çap et  çap et