525.Az

İdmançılarımızdan Avropa birinciliyində 5 medal


 

İdmançılarımızdan Avropa birinciliyində 5 medal<b style="color:red"></b>

Azərbaycanın kiçik yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa birinciliyini 2 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.

525.az-ın məlumatına görə, yığma üzvlərindən Esmanur Azayeva (36 kq) və Dərya Hüseynova (24 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Şahin Abdullayevlə (48 kq) Aliyə Məmmədli (+57 kq) gümüş, Yusif Zeynallı (52 kq) isə bürünc medal əldə edib.

 





11.11.2024    çap et  çap et