|
|
|
|
COP29-un prezidenti Muxtar Babayev BMT Baş katibi Antoniu Quterrişlə görüşüb.
525.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
M.Babayev Quterreşlə qlobal iqlim fəaliyyətini sürətləndirmək üçün liderlərin COP29-da qəbul etməli olduğu təxirəsalınmaz iqlim prioritetlərini müzakirə edib.
“Müzakirələrdə əsas diqqət iqlim maliyyələşdirməsinin artırılması, uyğunlaşma tədbirlərinin gücləndirilməsi və daha dayanıqlı gələcək üçün beynəlxalq əməkdaşlığın təşviqinə yönəldilib”, - paylaşımda deyilir.