525.Az

Havanın temperaturu artır


 

Havanın temperaturu artır<b style="color:red"></b> “Hazırda Azərbaycanda müşahidə olunan temperatur rejimi noyabrın çoxillik norma göstəricilərinə yaxındır”.

Bunu Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib. O qeyd edib ki, Azərbaycanda temperatur 19 dərəcəyə qədər yüksələcək:

“Abşeron yarımadasında yaxın 2-3 gün ərzində 15-18 dərəcə isti olacaq. Aran rayonlarında isə 14-19 dərəcə isti qeydə alınacaq”.
 
U. Tağıyeva bildirib ki, Abşeron yarımadasında  iki-üç gün ərzində dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək. Noyabrın 14-də isə gecə saatlarında havanın qısa müddətli tutulacağı gözlənilir.
 
Hazırda dağlıq ərazilərdə cənub küləyi üstünlük təşkil etdiyi üçün yüksək temperatur – 10-15 dərəcə isti qeydə alınır.  
 





12.11.2014    çap et  çap et