525.Az

Təhsil naziri Misir Mərdanovun "525"ə təbriki


 

Təhsil naziri Misir Mərdanovun "525"ə <b style="color:red">təbriki</b>

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə

Hörmətli Rəşad müəllim!

Sizi və “525-ci qəzet”in redaksiya heyətini 20 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu iyirmi il ərzində “525-ci qəzet” çox çətin, şərəfli bir yol keçmiş və bütün mərhələlərdə öz nüfuzunu, səviyyəsini saxlamışdır. Qətiyyətlə deyə bilərəm ki, Sizin və əməkdaşlarınızın istedadı, gərgin əməyi və zəhməti nəticəsində “525” bir etalona çevrilmişdir.
Uzun illərdir ki, Təhsil nazirliyi qəzetinizlə əməkdaşlıq edir. Təhsilin inkişafı, ictimailəşməsi yolunda layihələrimiz, yazılarımız üçün mətbu orqan seçimi gələndə, ilk öncə “525-ci qəzet” yada düşüb. Qeyd etməliyəm ki, təhsil sistemindəki yeniliklərin ictimaiyyətə vaxtında və qərəzsiz çatdırılmasında “525-ci qəzet”in müstəsna rolu var.

Mən bu qəzetə və bütün redaksiya heyətinə gələcək fəaliyyətində millətimizin intellektual potensialının inkişafı yolunda daha böyük nailiyyətlər arzulayır, uğurlar diləyirəm.


Hörmətlə

Azərbaycan Respublikasının Təhsil naziri
Misir Mərdanov

 

 





17.11.2012    çap et  çap et