|
|
|
|
"Bugünkü konfrans iştirakçılarının qarşısında əsas qlobal çağırış - ədalətli enerji keçidinin həlli yollarını tapmaq vəzifəsi durur".
525.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Bakıda keçirilən COP29 çərçivəsində ədalətli enerji keçidinin təmin edilməsinə dair yüksək səviyyəli iclasda deyib.
"Kiçik ada dövlətləri dəniz səviyyəsinin qalxması səbəbindən gələcəklərini təhlükə altına alan böyük ədalətsizliyin önündədirlər. İqtisadiyyatlarınız dağılıb. İnkişaf sahəsində nailiyyətlər xarabalığa çevrilib, bu ədalətsizliyə son qoyulmalıdır. G20 ölkələrinin payına qlobal emissiyaların təxminən səksən faizi düşür. Ölkələriniz - inkişaf etməkdə olan kiçik ada dövlətləri - iqlim ambisiyalarının necə olmalı olduğunu nümayiş etdirir. Siz ilk reaksiya verənlərsiniz", - A.Quterreş bildirib.