Nepal iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkən ölkələrdən biri olaraq COP29 iqlim konfransına böyük əhəmiyyət verir.
525.az “Report”-a istinadən xəbər verir ki, bunu Nepal Xarici İşlər Nazirliyinin katibi Amrit Bahadur Ray COP29 kuluarlarında jurnalistlərə bildirib.
"Dağlıq ölkəyik və buzlaqların əriməsi məsələsi bizi narahat edir. Bu, təkcə Nepala deyil, regionun digər ölkələrinə, Hinduquş dağ sistemində yaşayan milyonlarla insana aiddir. Biz dağlarımızı qorumaq istəyirik", - o vurğulayıb.
Bahadur Ray iqlim böhranı ilə mübarizədə qlobal birgə səylərin vacibliyini qeyd edib. İnkişaf etmiş ölkələri iqlim maliyyəsi məsələsində öhdəliklərini yerinə yetirməyə çağırıb: "Ümid edirik ki, ölkələr öz öhdəliklərini yerinə yetirəcək və iqlimin qorunması üçün daha çox səy göstərəcəklər".