Ticarət olmadan karbonsuzlaşdırma ilə bağlı qarşıya qoyulan məqsədlərə nail olmaq mümkün deyil.
525.az xəbər verir ki, bunu Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonyo-İveala noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş “Əməkdaşlığın gücü: Xalis sıfır üçün qüvvələrin birləşdirilməsi” mövzusunda sessiyada bildirib.
Tədbir Dünya İqtisadi Forumu ilə birgə keçirilir.
ÜTT rəsmisi qeyd edib ki, ticarət iqlim dəyişikliyi ilə mübarizə məsələsinin mərkəzində, açıq və proqnozlaşdırıla bilən olmalıdır.
Qonaq həmçinin Azərbaycana COP29 tədbirini təşkil etdiyinə görə təşəkkür edib.