Azərbaycanla Anqola arasında siyasi məsləhətləşmələr mexanizmi yaradılır.
Bu barədə 525.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev ilə Anqola Xarici Əlaqələr Nazirliyinin Dövlət Katibi Esmeralda Mendonza ikitərəfli görüşdə Anlaşma Memorandumu imzalayıblar.
Bildirilib ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Azərbaycan və Anqola arasında siyasi məsləhətləşmələr üzrə mexanizmin yaradılmasının ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığın əlaqələndirilməsinə və inkişafına xidmət edəcəyi vurğulanıb.