|
|
|
|
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 519 166 "ASAN İmza" elektron imza sertifikatı verilib.
525.az-a bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 55 % çoxdur.
Hesabat dövründə "ASAN İmza" 323 143 müraciət üzrə təqdim olunub ki, bu da, illik müqayisədə 47,7 % çoxdur.
Qeyd edək ki, "ASAN İmza" elektron imza sertifikatlarının üç növü vardır: fiziki şəxslər (vətəndaşlar), hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.
"ASAN İmza" sertifikatları 3 il ərzində etibarlıdır.