|
|
|
|
Əl-Əzhər Əl-Şərifin Baş İmamı Əhməd Əl-Tayyib Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəni Bəhreyn forumu öncəsi müzakirələr üçün Misirə dəvət edib.
525.az-a bu barədə QMİ-dən məlumat verilib.
Bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya təşrif buyurmuş Əl-Əzhər Əl-Şərifin Baş İmamı, Şeyx dr. Əhməd Əl-Tayyib ilə Şeyxülislam Allahşükür Paşazadənin görüşü baş tutub.
Görüşdə region ölkələri ilə əlaqələrin yaxşılaşdırılmasında Azərbaycanın xüsusi rolunun olduğunu deyən Əhməd Əl-Tayyib, gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası və sünni-şiə dialoqunda Azərbaycanın iştirakının vacibliyinə diqqəti çəkib.
Daha sonra Azərbaycanın dinlərarası və İslamdaxili dialoq sahəsində çox uğurlu örnək təcrübəsinin olduğunu vurğulayaraq böyük imam Əhməd Əl Tayyib sədri olduğu Müsəlman Ağsaqqalları Şurasının üzvü - Şeyxüslislam A.Paşazadəni Bəhreyn forumu öncəsi müzakirələr üçün Misirə dəvət edib.