|
|
|
|
Co Bayden vəzifədən getməzdən əvvəl ABŞ hakimiyyətinin Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi gözlənilir.
525.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, Qərb ölkələri Rusiya ilə Şimali Koreya arasındakı əməkdaşlığın Hind-Sakit okean regionunda təhlükəsizlik balansına təsir göstərə biləcəyindən narahatdırlar.
Bundan əvvəl Rusiya ABŞ Dövlət Departamentinin Şimali Koreyanın Ukrayna münaqişəsində iştirakı ilə bağlı bəyanatına cavab verib. Dövlət Dumasının deputatı Yuri Şvıtkin bildirib ki, bu şübhələrin reallıqda heç bir əsası yoxdur. Onun sözlərinə görə, Rusiya Federasiyasının Şimali Koreya ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişi var, lakin bu, ölkənin Ukrayna ilə qarşıdurmada məcburi iştirakı demək deyil.
İbrahim Cəfərov