525.Az

Dünyanın ən çirkli havasına sahib şəhər


 

Dünyanın ən çirkli havasına sahib şəhər<b style="color:red"></b>

Divali Festivalından (İşıqlar Festivalı) sonra aparılan ölçmələrə görə, Hindistanın paytaxtı Yeni Dehlinin dünyanın ən çirkli hava keyfiyyətinə malik şəhər olduğu bildirilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Havanın Keyfiyyəti və Havanın Proqnozlaşdırılması və Tədqiqatları Sisteminin (SAFAR) məlumatlarına görə, havadakı zərərli hissəciklərin miqdarını ölçən “PM (hissəciklər) 2,5” nisbətinə çatdıqda havanın keyfiyyəti “aşağı” hesab olunur. 

Hindistan mətbuatında yer alan xəbərlərə görə, Divali Festivalı çərçivəsində şəhərin bir çox yerində maye qazlarının istifadəsi nəticəsində paytaxtda PM 2,5 dərəcəsi bəzi bölgələrdə kubmetr üçün 900 mikroqrama yaxınlaşıb.

Bu o deməkdir ki, Yeni Dehlidə havanın çirklənməsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) insan sağlamlığı üçün yuxarı həddi hesab etdiyi səviyyədən 23 dəfə çoxdur.

Aparılan ölçmələrə görə, ölkənin paytaxtı dünyanın ən çirkli havası olan şəhər olub.

Malik Atilay 

 





14.11.2024    çap et  çap et