“COP29 çox vacib tədbirdir. Medianın da buna nə qədər ciddi yanaşdığını, hər kəsin tədbirin uğurlu keçməsinə dəstək olduğunu görürük”.
525.az APA-ya istinadən xəbər veriri ki, bunu COP29-da iştirak edən Qlobal Tolerantlıq və Sülh Şurasının prezidenti Əhməd Məhəmməd Əl-Cərvan deyib.
“Keçən il Birləşmiş Ərəb Əmirliklərində - Dubayda baş tutan COP28 zamanı razılaşdırılmış layihələr, ideyalar, təklif və alınan qərarları COP29-da gerçəkləşdirə biləcəyimizə inanıram.
Bunların Braziliyada getdikcə daha da təkmilləşdiriləcəyimizə də inamım böyükdür”, - deyə o qeyd edib.