525.Az

Əlillik müayinələri ilə bağlı yenilik


 

Əlillik müayinələri ilə bağlı yenilik<b style="color:red"></b> Baş nazir Artur Rasizadə "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilməsi barədə qərar verib.
 
Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, qərar Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə və eyni zamanda Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq verilib.
 
Dəyişikliyə əsasən, əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi, əmək müqaviləsi bildirişləri barədə məlumatın işçilərə verilməsi və tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi elektron formada da həyata keçiriləcək.
 





13.11.2014    çap et  çap et