|
|
|
|
Azərbaycan və Moldova enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrinin təşviqi və enerji tənzimlənməsi sahələrində əməkdaşlıq memorandumlarının imzalanmasını razılaşdırıblar.
Bu barədə 525.az Energetika Nazirliyinə istinadən xəbər verir.
Bununla bağlı müzakirələr energetika naziri Pərviz Şahbazovun COP29 konfransı çərçivəsində Moldovanın energetika naziri Viktor Parlikov ilə görüşdə aparılıb.
Görüşdə ikitərəfli enerji gündəliyinin aktual məsələlərinə dair müzakirələr aparılıb. Azərbaycanda “yaşıl enerji” keçidi və müxtəlif istiqamətlərdə həyata keçirilən “yaşıl enerji dəhliz”ləri ilə bağlı fikir mübadiləsi edilib. Bərpa olunan enerji, enerji səmərəliliyi və enerji tənzimlənməsi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar dəyərləndirilib.
P. Şahbazov Mərakeşin enerji keçidi və dayanıqlı inkişaf naziri Leila Benali ilə də görüşüb. Görüşdə hər iki ölkədə enerji sektorunda inkişaf prosesləri və "yaşıl enerji keçidi" təcrübəsi bölüşülüb. Bərpa olunan enerji, qaz infrastrukturu və pespektivli layihələr üzrə əməkdaşlıq potensialı nəzərdən keçirilib. COP29-un enerji təşəbbüslərinə dəstək ifadə olunub.