|
|
|
|
İsveçin gender bərabərliyi məsələləri üzrə naziri Paulina Brendberg bananofobiyadan əziyyət çəkirmiş.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirin yaxın ətrafı mətbuata xəbər sızdırıb.
Nazirin iştirak etdiyi rəsmi və qeyri-rəsmi tədbirlərdə süfrəyə banan qoyulması qadağan edilib. Buna onun köməkçiləri nəzarət edir.
Hətta tədbir təşkilatçılarına nazirin qorxusu ilə bağlı əvvəlcədən məlumat verilir.
Nazir özü bu barədə açıqlama verməsə də, yalnız köməkçilərinin bu işdə ona yardımçı olduqlarını söyləyib.
Qeyd edək ki, bananofobiya insanlarda əsasən uşaqlıq vaxtı yaranır. Psixiatrların fikrincə, dadsız banan püresi, həddindən artıq yetişmiş banan yeməyə məcbur olmaq, bananla pis bir zarafat, banan qabığının üzərində sürüşmək və s. bananofobiyaya səbəb ola bilər.
L.Tağıyeva