525.Az

Gəncədə tut ağacı ikinci dəfə bar verib


 

Gəncədə tut ağacı ikinci dəfə bar verib<b style="color:red"></b> Payızın soyuq havalarının hökm sürdüyü bir vaxtda təbiət öz qəribəlikləri ilə adamı təəcübləndirir.

APA TV-nin xəbərinə görə, Gəncədə İmamzadə kompleksinin yanında yerləşən qəbristanlıqda tut ağacı ikinci dəfə bar verib.

Qəribəsi budur ki, bu hal ərazidə bir necə belə tut ağacında müçahidə olunub. Qeyri-adi təbiət hadisəsi baş vermiş agaclarda meyvələr birinci barla müqayisədə nisbətən balacadır. Gəncə Dövlət Aqrar Universitetinin dosenti Zaur Hümbətov tut ağacının il ərzində ikinci dəfə bar verməsini bir necə amillə əlaqələndirir.
 
Onun sözlərinə görə, sükunət dövrünü yaşayan bitkilərdə ara-sıra yalançı oyanış baş verir və ağacda ehtiyat qidanın olması onun yenidən bar verməsi ilə nəticələnir.
 





13.11.2014    çap et  çap et