525.Az

Seçkidən sonra Trampla görüşən ilk xarici ölkə lideri o oldu


 

Seçkidən sonra Trampla görüşən ilk xarici ölkə lideri o oldu<b style="color:red"></b>

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın görüşdüyü ilk xarici lider Argentina dövlət başçısı Xavyer Miley olub.

525.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Nəşrin yazdığına görə, görüş noyabrın 14-də Floridada baş tutub. Bildirilir ki, dövlət başçılarının görüşü yaxşı keçib. Lakin detallar barədə məlumat verilmir.

O da qeyd olunub ki, Argentina prezidenti investorlarla da görüşüb.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib.  Seçkidə qalib gələn Donald Trampın inauqurasiya mərasimi 2025-ci ilin 20 yanvarında keçiriləcək.

İbrahim Cəfərov

 





15.11.2024    çap et  çap et